İyul 11, 2015 12:01 Asia/Baku
  • Qüds Günündə Bakıda həbslər
    Qüds Günündə Bakıda həbslər

Dünən Ramazan ayının son cüməsi bütün dünyada Ümümdünya Qüds Günü yürüşü keçrilib.

Azərbaycanlı dindarlar da bu yürüşə qoşularaq, İsrail rejiminin Bakıdakı səfirliyi qarşısında aksiya keçiriblər.
Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov dünən İslamazeri.az-a bildirib ki, bu gün səhər saatlarında saxlanılan etirazçıların hamısı sərbəst buraxılıb. Aksiya "Beynəlxalq Qüds Günü" ilə əlaqədar Azərbaycan İslam Partiyasının fəalları tərəfindən təşkil olunub. Aksiya iştirakçılarından 72 nəfəri saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinə aparılıb. Onların arasında AİP-in sədr əvəzi Elçin Manafov və sədr müavini Vüqar İboyev də olub. Saxlanılanların izahatı alınıb və sərbəst buraxılıblar.
Saxlanılanlar xəbərdarlıq və cərimə edilərək sərbəst buraxılıblar.



Teqlər