Ermənistan və Azərbaycan arasında atəşkəs pozulub
İyul 12, 2015 13:35 Asia/Baku
-
Ermənistan və Azərbaycan arasında atəşkəs pozulub
Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar. Sutka ərzində atəşkəs rejimini 86 dəfə pozulub.
Səhər Beynəlxalq Televiziyasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonunun Qızılhacılı, Fərəhli və Kəmərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Respublikasının mövqeləri atəşə tutulub.Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Cəvahirli, Şirvanlı, Şuraabad, Mərzili, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.
Məlumatda qarşı tərəfin cavab atəşi ilə susdurulduğu qeyd olunub.