İyul 17, 2015 19:34 Asia/Baku
  • Məmmədyarov-Lavrov
    Məmmədyarov-Lavrov

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov: “İranın nüvə probleminin müsbət həllindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində də irəliləyiş olacağına ümid edirəm”.

Rusiyada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və bu ölkənin xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş keçirilib.
APA-nın məlumatına görə, görüşdə azərbaycanlı nazir İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilmiş danışıqların uğurla nəticələnməsi münasibəti ilə rusiyalı həmkarını təbrik edib: “Şübhəsiz, bu, regional sülhün təhlükəsizliyin təmin olunmasına böyük töhfədir. Biz, regionda qonşu olan ölkələr - İran, Rusiya və Azərbaycan bu danışıqların müsbət nəticələnməsinə çox şadıq”.
Bu danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayan Elmar Məmmədyarov, İranın nüvə problemi kimi çətin olan bir problemin müsbət həllindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də irəliləyiş olacağına ümid etdiyini vurğulayıb.
Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: “Dağlıq Qarabağ probleminin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb”.

Teqlər