İyul 20, 2015 15:21 Asia/Baku
  • Atəşkəs yenə pozuldu
    Atəşkəs yenə pozuldu

Azərbaycan Müdafiə Nazirliyi(MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 96 dəfə pozub.

Azərbaycan MN rəsmi saytında yer alan məlumata görə, Ermənistanın İcevan rayonunun Vazaşen, Berd rayonunun Mosesqex, Çinari, Ayqepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Tovuz rayonunun Ağdam, Əlibəyli, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Bundan başqa, Ermənistanın işğalı alıtnda olan Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Şıxlar, Cəvahirli, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Teqlər