Şəhid əsgər təltif edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i196207-Şəhid_əsgər_təltif_edilib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən şəhid olmuş əsgəri təltif edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2015 07:18 Asia/Baku
  • Şəhid əsgər təltif edilib
    Şəhid əsgər təltif edilib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən şəhid olmuş əsgəri təltif edib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan intensiv atəşə tutmaqla, hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.
Bəzi elektron kütləvi informasiya vasitələri Azərbaycanın 40 nəfər hərbi qulluqçusunun mühasirəyə düşməsi və 8 nəfər hərbçinin yaralanması barədə məlumat yayıblar.
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı yalan və təxribat hesab edir.