Avq 03, 2015 17:08 Asia/Baku
  • Azərbaycan Respublikası politoloqları: Ölkədə seçki həyəcanı vardırmı?
    Azərbaycan Respublikası politoloqları: Ölkədə seçki həyəcanı vardırmı?

Azərbaycan Respublikasında parlament seçkilərinə bir rübdən də az vaxt qalıb. Bəzilərinin fikrincə, artıq ölkədə seçki həyəcanı hiss edilməkdədir. Bir növ siyasi arenada canlanma var. Yaxın vaxtlarda bu canlanma dah da qabarıq şəkildə hiss olunacaq.

Politoloq Zərdüşt Əlizadə Deyerler.org-a fikirlərini bölüşərkən deyib: Ağlı olan bilir ki, parlament seçkilərinə qatılmağın heç bir mənası yoxdur: “Azərbaycanda seçki öncəsi bir təşviş və həyəcan var. Amma bu həyəcan demokartik ölkələrdəki seçki öncəsi həyəcanlardan deyil. Bu həyəcan hakimiyyətə yarınan ünsürlərin daha çox yarınıb, öz lazımlığını sübut etmək həyəcanıdır. Xalq isə çox gözəl anlayır ki, Milli Məclis görüntü üçün yaranmış bir məsələdir. Heç bir səlahiyyəti yoxdur. Hamı anlayır ki, hər şey ölkədə dövlət tərəfindən həll olunur. Xalıqn rəyi heç vaxt nəzərə alınmır. Milli Məclisə düşmək istəyənlər hansısa imtiyaz və pul umanlara yaltaqlanırlar. Ölkədə müşahidə olunan bu mənzərə çox iyrənc bir mənzərədir. Ağlı olan bilir ki, parlament seçkilərinə qatılmağın heç bir mənası yoxdur”.
Politoloq Hikmət Hacızadə Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, ölkədə nə seçki, nə də seçki həyəcanı var: “Mən parlament seçkiləri ilə bağlı ölkədə heç bir həyəcan hiss etmirəm. Bu həyəcanı keçirən kimlərdir, harada baş verir? Azərbaycanda heç bir seçki yoxdur. Seçki olmadığı üçün heç bir həyəcandan söhbət gedə bilməz. Mən şəxsən bu seçkilərdə iştirak belə etməyəcəm. Seçkilərlə bağlı bütün fikirlərim neqativ tondadır. Ölkədə heç bir seçki əhval-ruhiyyəsi görümürəm”.

Teqlər