Avq 20, 2015 12:57 Asia/Baku
  • Mirvari Qəhrəmanlı: Seçkilər öncəsi əfv veriləcəyinə, açığı, ümid etmirəm
    Mirvari Qəhrəmanlı: Seçkilər öncəsi əfv veriləcəyinə, açığı, ümid etmirəm

Son aylarda Azərbaycanda siyasi fəalların məhkəmələri çox sürətlə aparıldı. Leyla və Arif Yunusların məhkəməsi cəmi bir ay çəkdi. Hakimlər tələm-tələsik hökm oxumağa çalışdılar.

Bütün bunlardan sonra bir versiya ortaya atıldı ki, hakimiyyət Qurban bayramında əfv sərəncamı verəcək və həbsdə olan məşhur siyasilərin əksəriyyətini azad edəcək. Bu səbəbdən də prosesləri tez bir zamanda yekunlaşdırırlar.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı siyasi məhbusların əfvi ilə bağlı yayılan xəbərlərin real olacağına inanmır: Hesab edirəm ki, Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır. Bu komissiyanın tərkibində aktiv insanlar olmalıdır. Onların aktivliyindən çox şey asılıdır. Bu proseslərdə 3-4 nəfərin əziyyətini görürəm. Beynəlxalq qurumlar siyasi məhbusların azad olunmaları istiqamətindəki strategiyalarında dəyişikliklər etməlidirlər. Çağırışlarına, bəyanatlarına diqqət yetirməlidilər.
Mirvari Qəhrəmanlı əlavə edib: Seçkilər öncəsi əfv veriləcəyinə, açığı, ümid etmirəm. Hazırkı deputatlar zaman-zaman Milli Məclisdə məhbusların məsələsini qaldırmalı idilər”.

Teqlər