Avq 27, 2015 10:41 Asia/Baku
  • Azərbaycanda yoxsullar və varlıların sayı bəlli oldu
    Azərbaycanda yoxsullar və varlıların sayı bəlli oldu

Azərbaycan Respublikasında əhalinin 94 faizinin aylıq gəliri 300 manatdan azdır. Bu, Azərbaycan Dövlət Statistika Komitəsinin 2014-cü ildə əhalinin gəlirlərinə dair hesabatlarında öz əksini tapıb.

Məlumata görə, adambaşına aylıq gəliri 300 manatdan yuxarı olan ailələrin sayı 5,2 faizdən 6,1 faizədək artıb.
Bakıda aylıq gəliri 300 manatı keçən şəxslərin sayı şəhər əhalisinin 11,5 faizini təşkil edir.
Qalan əhalinin aylıq gəlirləri 300 manatın altındadır. Rəsmi məlumata görə, 2014-cü ildə ölkədə orta aylıq nominal əmək haqqı 444,3 manat olub. Lakin əmək haqqı alanların sayı cəmi 1,5 milyondur. Ölkə əhalisinin sayı isə 9,6 milyon nəfəri keçib.
Statistika Komitəsi əhalini gəlir qruplarına görə, aylıq 95 və 300 manatdan yuxarı olmaqla 21 yerə yerə bölür. Bu bölgü əhalinin pul gəlirləri haqda dolğun təsəvvür yaratmasa da, təbəqələşmənin dərinləşdiyini müəyyən qədər əks etdirə bilir. Hesabatda gəlirləri ayda 1000 manatdan çox olan şəxslərin statistikası yoxdur. Komitə yoxsulları saysa da, varlıları hesablamır.

Teqlər