Leyla və Arif Yunuslara çıxarılan hökmdən apellyasiya şikayəti verilib
Sen 03, 2015 14:20 Asia/Baku
Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Leyla Yunusun vəkili Elçin Qəmbərovun APA-ya verdiyi məlumata görə, şikayət məhkəməyə təqdim olunub.Arif Yunusun vəkili Əfqan Məmmədov da apellyasiya şikayəti verdiklərini bildirib. O, Arif Yunusla görüşdüyünü və onun vəziyyətinin normal olduğunu deyib: “Saxlanma şəraitindən hər hansı şikayəti yoxdur”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq, dövlətin hesabına köçürülməsi öz əksini tapıb.