AİP mətbuat konfransı keçirib
Sen 09, 2015 14:06 Asia/Baku
Azərbaycan Respublikası İslam partiyasının sədrəvəzi bildirib: Bu partiya ölkə qanunları çərçivəsində islamçı məhbusların azadlığı istiqamətində çalışır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ötən gün AİP-in yeni sədrəvəzi Hacı İlham ƏLiyev daxili jurnalistlərlə keçirdiyi mətbuat konfransında bir qrup islamçının həbsdə olduğuna toxunaraq deyib: AİP məhbuslar, xüsusilə də əsassız ittihamlarla həbs olunan islamçıların azadlığı istiqamətində çalışır.Azərbaycan Respublikası parlaent seçkilərində iştirak etməklə əlaqədar İslam partiyasının qərarı barədə sualı cavablandıran Hacı İlham Əliyev əlavə edib: Namizədlərin elan olunması məsələsi müzakirə olunur və tezliklə İslam partiyası öz qərarını elan edəcək.
Azərbaycan Respublikası İslam partiyasının sədrəvəzi Elçin Manafovun istefasından sonra partiyanın idarə heyəti məşhur ruhani Hacı İlham Əliyevi yeni sədrəvəzi olaraq seçib.