Sen 10, 2015 15:15 Asia/Baku
  • Elmar Məmmədyarov
    Elmar Məmmədyarov

Azərbaycan Respublikasının xarici işlər naziri xarici diplomatiya idarəsində nöqsanlara yol verənlərə xəbərdarlıq edib.

“Bütün dövlət qurumlarında olduğu kimi Xarici İşlər Nazirliyində də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcəkdir.


APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana yola düşməzdən əvvəl KİV nümayəndələrinə açıqlamasında bildirib.





Teqlər