İranın Bakıdakı səfiri TAP və TANAP layihələri haqda danışıb
Sen 29, 2015 16:26 Asia/Baku
-
İranın Bakıdakı səfiri TAP və TANAP layihələri haqda danışıb
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri bu ölkənin və bəzi Avropa ölkələrinin iqtisadi sanksiyalardan sonra İranın TAP və TANAP layihələrində iştirakına maraqlı olmalarından xəbər verib.
Möhsün Pak Ayin dünyada qaz ehtiyatına malik ikinci ölkə kimi İranın böyük qaz resurslarına toxunaraq, deyib ki, iki ölkə TANAP-da iştirak daxil olmaqla enerji sahəsində həmkarlıq üçün müzakirələr aparıbdır.O, əlavə edib: Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri və Müştərək İqtisadi Komissiyanın azərbaycanlı həmsədri Şahin Mustafayevin son Tehran səfərində də neft və qaz sahəsində iki ölkə arasında müştərək layihələr müzakirə olundu və Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri bu səfərdə iranlı tərəfi TAP və TANAP layihələrinə qatılmağa çağırdı. Hazırda bu təklif İran tərəfindən araşdırılır.
İranın Bakıdakı səfiri qarşılıqlı əlaqələrin inkişafda olduğunu bildirərək, deyib: Sanksiyalardan sonrakı dövrdə neft və qaz sahəsində iki ölkə arasında əməkdaşlıq üçün son dərəcə yaxşı fürsətlər yaranacaqdır.