Okt 17, 2015 13:10 Asia/Baku
  • MSK deputatlığa namizədlərə pulsuz efir vaxtı niyə vermir?
    MSK deputatlığa namizədlərə pulsuz efir vaxtı niyə vermir?

Azərbaycanda keçən illərlə fəqli olararaq deputatlara pulsuz efir vaxtının verilməsi dayandırılıb. Bir sıra namizədlərin etirazına rəğmən Mərkəzi Seçki Komissiyası (MSK) bunu lüzumsuz sayıb.

MSK sədrinin müavini Natiq Məmmədov APA-ya açıqlamasında deyib ki, seçkilərdə iştirak edən qüvvələr öz maliyyə fondlarını formalaşdırmalı və həmin maliyyə fondundan istifadə etməklə öz təşviqatlarını qurmalıdırlar.
N. Məmmədov bildirib ki, inkişaf etmiş dünya ölkələri qəbul edib ki, seçkidə iştirak etmək istəyirsənsə, maliyyə əsaslarını, şərtlərini özün həll etməlisən, bunu dövlət həll etməli deyil: “Yeni Azərbaycan Partiyası da könüllü şəkildə bu pulsuz təşviqatdan imtina edib. Nəticə etibari ilə bu partiyadan başqa pulsuz efir vaxtı və mətbuatda dərc yerinin alınması hüququna malik subyekt yarana bilmir”.


Teqlər