Şəmkirdə saxlanılan gənc fəal sərbəst buraxıldı
Okt 23, 2015 12:04 Asia/Baku
Şəmkirdə tikintisi davam edən məsciddə namaz qıldıran Qulu İbrahimov polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Bu barədə İslamazeri saytı məlumat yayıb.
Xəbərə görə, Şəmkir şəhərinin Zəyəm kəndində məscid sökülməsinə etiraz edən, həmin məsciddə hər gün camaat namazı təşkil edib, İmam Hüseyn (ə) məsclislərini keçiren fəal gənc, Qulu kimi tanınan Hacı Fərdi İbrahimov Şəmkir rayonu polisi tərəfindən saxlanılımışdı.Famil İbrahimov rayon inanclılarının etirazından sonra polis bölməsindən sərbəst buraxılıb.
Bu arada İslamazeri yazır ki, hansısa qüvvələr Şəmkirdə sabitliyi pozmaqla dindarlara qarşı təxribatlar törətməyə çalışır. İlk öncə Şəmir rayonunda yerləşən İmam Əli məscidində cümə namazına maneə törədilməsi, daha sonra tikilməkdə olan məscidin sökülməsinə cəhd. Şəmkir inanclıları bunlarla bağlı Azərbaycanın nüfuzlu ruhanilərindən kömək istəmişdilər. Bundan sonra da Şəmkir ruhanisi Hacı Aqilə qarşı təzyiqlər, hədə-qorxular edilir. Hacı Aqildən tələb olunur ki, etirazları dayandırsınlar və digər ruhanilərə müraciət etməsinlər. Amma möminlər öz mövqelərində birmənalı olaraq sabitdirlər. Onlar cümə namazının bərpa olunmasını, Hacı Aqilə qarşı təzyiqlərin dayandırılmasını və Zəyəm kəndində yerləşən məscidin tikintisinə icazə verilməsini tələb edirlər. Hətta Şəmkir dindarları bildirirlər ki, qanun çərçivəsində problemlər həll olunmayacağı təqdirdə İlahi qanunlarla addım atacaqlar.