Bakıda növbəti vəhhabi qruplaşması ələ keçirilib
Okt 23, 2015 22:01 Asia/Baku
Dünən gecə Bakının Yasamal rayonunda xüsusi xidmət orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri sayəsində radikal islamçılarla bağlı olmaqda şübhəli bilinən 42 nəfər saxlanılıb.
MTN tərəfindən saxlanılan radikallar daha sonra polisə təhvil verilib. Hazırda saxlanılanların Azərbaycandan xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşüb-döyüşmədiyi araşdırılır. Ehtimal edilir ki, onların Suriya və İraqda döyüşən radikallarla əlaqələri var.