Okt 23, 2015 22:04 Asia/Baku
  • 
MTN-lə bağlı yeni iddia: Zəvvarlardan əlavə pul yığılıb
    MTN-lə bağlı yeni iddia: Zəvvarlardan əlavə pul yığılıb

Kərbəla və Məşhədə gedənlərdən əlavə haqq alır". Zəvvarların müqəddəs torpaqlara ziyarətini təşkil edən şəxslərdən AzNews.az bu haqda məlumat daxil olub.

Məlumata görə, Kərbəlaya yola düşməzdən əvvəl zəvvarlar MTN-ə 70 AZN, Məşhədə getmək istəyənlər isə 10 AZN pul köçürürlər. Pul köçürməyən zəvvarlara MTN tərəfindən süni maneələr yaradılır. Bunun üçün MTN-dən 2 nümayəndə ayrılıb. Həmin şəxslər pulu aldıqdan sonra sənədlərə möhür vururlar. İddiaya görə, təkcə keçən il Ərbəin ziyarəti zamanı MTN-in hesabına 400 000 min manat pul köçürülüb.
Bildirdilər ki, Kərbəla ziyarəti üçün zəvvarlardan 550 manat pul alınırsa, bunun 70 manatı MTN-ə köçürülür. Təşkilatçıların iddiasına görə, MTN-in bu tələbi olmasa, həm zəvvarların xərci azalar, həm də əlavə vaxt itkisi olmaz.

Teqlər