MTN-də “təmizləmə” işləri tam sürətlə gedir
https://azeri.sahartv.ir/news/azərbaycan-i198840-mtn_də_təmizləmə_işləri_tam_sürətlə_gedir
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin yeni sədəri Mədət Quliyev ötən gün bir qrup yüksək vəzifəli zabiti işdən çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2015 18:35 Asia/Baku
  • MTN-də “təmizləmə” işləri tam sürətlə gedir
    MTN-də “təmizləmə” işləri tam sürətlə gedir

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin yeni sədəri Mədət Quliyev ötən gün bir qrup yüksək vəzifəli zabiti işdən çıxarıb.

Onların arasında 4 general, 5 polkovnik və podpolkovnik var. Bu barədə Turan-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub.

Bu general və zabitlər MTN Mərkəzi Aparatında bir sıra aparıcı idarə və qurumlara, həmçinin rayon şöbələrinə və hərbi hissələrə rəhbərlik ediblər.

Məlumatlı mənbələr bildiriblər ki, işdən çıxarılmalar davam edəcək, işdən kənarlaşdırılanların cinayət məsuliyyətinə cəlb olunacaqları istisna edilmir.