Ziyalılar Birliyi Gəncə olayları ilə bağlı bəyanat yaydı
Okt 25, 2015 08:36 Asia/Baku
Azərbaycan Ziyalılar Birliyi Gəncə olayları ilə bağlı bəyanat yayıb.
FaktXəbər-ə daxil olan bəyanatın qısa məzmunu belədir:“Gəncədə yürüş keçirmək istəyən dinc əhaliyə, inanclı insanlara qarşı zorakılıq nümayişi qətiyyətlə pislənməlidir! Bu sayaq aksiyaların qarşısının güc strukturları tərəfindən qeyri-adekvat şəkildə alınması anti-demokratik, qeyri-qanuni, anti-konstitutsion, ən əsası isə, anti-insani əməl kimi dəyərləndirilməlidir. Bu, özünü tolerant hesab edən hakimiyyətə utanc gətirən bir hərəkətdir!
Biz, həmin olayda həbs olunanların dərhal azad edilməsini, bu zorakılıq əməlinə rəvəc verənlərin isə qanun qarşısında cavab vermələrini tələb edirik!”.