"MTN işi" ilə əlaqədar 15 nəfər həbs olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i199014-mtn_işi_ilə_əlaqədar_15_nəfər_həbs_olunub
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı başlanan cinayət işi üzrə həbs olunanların sayı 15-ə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2015 15:31 Asia/Baku
  • "MTN işi" ilə əlaqədar 15 nəfər həbs olunub

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı başlanan cinayət işi üzrə həbs olunanların sayı 15-ə çatıb.

APA-nın məlumatına görə, iş üzrə artıq 15 nəfər barəsində həbs, bir neçə nəfər barəsində isə başqa yerə getməmə qətimkan tədbiri seçilib.
Barəsində həbs qətimkan tədbiri seçilənlər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılırlar. Həbs olunanlar arasında MTN-in əməkdaşları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri də var.
Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə MTN şefi Eldar Mahmudov vəzifəsindən azad olunub.
Həbslərin səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülür.