Bakıda narazılıq: Yüzlərlə insan aksiya keçirib
Okt 29, 2015 21:01 Asia/Baku
-
Bakıda narazılıq: Yüzlərlə insan aksiya keçirib
Bakıda "Azərinşaatservis" MMC-nin işçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçiriblər.
Musavat.com-un məlumatına görə, 5 aydır ki, maaş ala bilməyən işçilər evə qayıtmaq üçün pul ala bilmədiklərini deyiblər.5 aydır ki, maaş ala bilməyən işçilər Prezident Administrasiyasına doğru hərəkət etməyə çalışıblar.
Polis aksiyaçıların dağılmasını tələb edib və heç kimə aksiya üçün icazə verilməyəcəyini bildirib.