Azərbaycanda parlament seçkiləri başladı
Noy 01, 2015 12:47 Asia/Baku
Bu gün Azərbaycanda V çağırış Milli Məclisə seçkilərdə səsvermə başlayıb.
Trend-in məlumatına görə, artıq saat 07:50-də məntəqələr seçki komissiyalarının sədrləri tərəfindən açıq elan edilib və seçki qutuları möhürlənib.MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.
Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503-ü beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.
Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı ilə birgə “exit-poll” keçirir.
Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.