Noy 06, 2015 12:23 Asia/Baku
  • Azərbaycanda dindarların həbsinə etiraz davam edir
    Azərbaycanda dindarların həbsinə etiraz davam edir

Azərbaycan Respublikası islamçıları həbs olunan dindarların azad olunmalarını istəyiblər.

Səhər Beynəlxalq Televiziyasının ANS Pressə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının sədr müavini Elçin Qasımlının Bakıda və Lənkəran və Şirvan şəhərlərində bir neçə dindarın həbs olunmasına etiraz olaraq bu gün islamçılar Sabunçu polis idarəsi qarşısına toplaşıblar.
Şahidlərin bildirdiyinə görə, Azərbaycan Respublikası polisi toplaşanları toqquşmaya təhrik edib.
Bu arada cümə axşamı günü Müsəlmanlar Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadəyə hörmətsizliyə etiraz olaraq Bakıda aksiya keçirən bir qrup islamçı polis tərəfindən həbs olunub.
Çərşənbə axşamı günü Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə Bakı şəhəri Yasamal rayon polis idarəsinə çağırılıb və polis rəisi İsfəndiyar Mehdibalayev tərəfindən təhqir olunaraq döyülüb. Bu kobudluğun səbəbi Tale Bağırzadənin vacib namazı qılmağı istəməsi olub.

Teqlər