Noy 08, 2015 17:07 Asia/Baku
  • Tale Bağırzadə: Mübarizə yalnız qanun çərçivəsində
    Tale Bağırzadə: Mübarizə yalnız qanun çərçivəsində

Azərbaycan Respublikasında Müsəlman Birliyi Hərəkatının sədri vurğulayıb: Etirazları dinc yolla ifadə etməyi rəsmi dairələr dini radikalizm kimi qələmə verirlər.

"Son günlər Müsəlman Birliyi Hərəkatının üzvlərinə olan haqsızlıqlara qarşı inanclıların öz etirazlarını dinc yolla ifadə etmələri rəsmi dairələr tərəfindən dini radikalizm kimi qələmə verilir. Bunu, tanınmış ruhani Tale Bağırzadə özünün sosial profil şəbəkəsində paylaşıb.
Müsəlman Birliyi Hərəkatının sədri vurğulayıb: “Ölkədə olan qanunsuzluqlardan danışanlar hakimiyyət tərəfindən qanunsuz, qondarma ittihamlarla həbs olunur, zindanlara salınırlar. Biz səbr edib, mübarizəmizi yalnız və yalnız qanun çərçivəsində aparırıq.”
Noyabrın 5-də Sabunçu rayonu ərazisində həbs olunan 8 dindarın hər birinə 10-30 sutka həbs verilib: İsgəndərov Elxan- 15 sutka, Rzayev Sahil- 15 sutka, Osmanov Teymur- 15 sutka, Bunyatov Elvin- 15 sutka, Əhmədov Lətif -10 sutka, Əhməd adlı inanclı - 10 sutka, Əliyev Anar - 30 sutka, Qasimov Elçin -30 sutka, Yəhyayev Agaəli - 30 sutka, Həbibov Sahib -30 sutka, Vəliyev Niftəli - 20 sutka.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi son olaylarla bağlı bəyanat verib. Bildirib ki, son olayları izləyən təşkilat olaraq, istər ilahiyyatçı Tale Bağırzadənin polisə dəvət edilərək, orada fiziki zorakılığa məruz qalmasını, istərsə də Sabunçudakı hadisələri ölkədəki yeni islamofobik addımlar kimi dəyərləndiririk.
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə 3 noyabrda Yasamal Polisinə dəvət edilir və orada ona fiziki zorakılıq olur. O, namazının qəzaya getməməsi üçün namaza başladığı zaman, üç polis məmurunun fiziki zorakılığına məruz qalmışdır. (İlahiyyatçı öz şəxsi pofilində bu haqda yazmışdır)
Bundan sonra bu təzyiqlərə Müsəlman Birliyi Hərəkatının sədr müavini ilahiyyatçı Elçin Qasımov öz haqlı etirazını bildirir. Elçin Qasımov polisə dəvət edilir. İnanclılar Tale Bağırzadəyə qarşı fiziki zorakılığın yenidən Elçin Qasımova qarşı həyata keçiriləcəyini ehtimal verərək, Sabunçu Polisinin qarşısına toplaşırlar. Sabunçu ərazisinə əlavə polis qüvvələri cəlb edilir və bəzi dindarlar xəbərdarlıq edilmədən fiziki zorakılığa məruz qalırlar. Elçin Qasımovun səhərisi gün öz vəkili ilə görüşməsinə izin verilmir.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, məhkəmənin qərarı ilə saxlanılmış şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə on gündən bir ayadək müddətinə inzibati həbs tətbiq edilib.
Qarabağ İslami Müqavimət Hərəkatının rəhbəri Hacı Rövşən Əhmədli, Azərbaycanda məhərrəmlik ayı başlayandan bu yana inanclı kəsimə qarşı təzyiqlərin işə düşdüyünü deyərək, buna nümunə kimi, oktyabrın 23-də Gəncədə baş verən hadisələri xatırladıb. Onun fikrincə, inanclı insanlara təzyiq edənlər bilərəkdən dini mərasimlərin mahiyyətini dəyişməyə çalışırlar. Bunu media və ictimai şüura, hakimiyyətlə inanclı kəsim arasında qarşıdurma kimi təqdim etmək istəyirlər.

Teqlər