Bakıda orta məktəbdə dəhşətli hadisə
Noy 12, 2015 15:36 Asia/Baku
-
Bakıda orta məktəbdə dəhşətli hadisə
Bakıda məktəbli öz sinif yoldaşını güllələdi. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.
Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7-ci sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
106 saylı məktəbin direktoru Təranə Qasımova açıqlamasında bildirib ki, müəllim həmin silahı özü üçün alıbmış: “Bir müddət öncə o silahı başqa bir adama satıb. Həmin adam da biraz özündə saxlayandan sonra istəməyib, gətirib məktəbdə müəllimə qaytarıb. Hidayət müəllim də Qobu qəsəbəsində yaşadığı üçün silahı sinifdə qoyub ki, gedəndə evə aparsın. Uşaqların da gözünə sataşıb, fikirləşiblər nəsə bir şeydir. Əllərində baxanda qəfildən silah açılıb. O, odlu silah olmayıb, sancaq tipli patron olub. Mən qətiyyən müəllimin tərəfini saxlamıram, amma bir bədbəxt hadisədir, olub. Hazırda Hidayət müəllim də, şagird Murad da dərsdədirlər.