Noy 15, 2015 13:05 Asia/Baku
  • Parisdə ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur
    Parisdə ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur

Məlumatlara əsasən, Parisdə terror aktları nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.

Trend xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkənin Fransadakı səfirliyindən nazirliyə daxil olmuş məlumata əsasən, ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.
Digər bir məlumata görə, Parisdə noyabrın 13-də törədilmiş terror aktları nəticəsində ölənlərin arasında 12 ölkənin vətəndaşı var.
Son məlumata əsasən, terror aktlarının qurbanları arasına Əlcəzair, Belçika, İngiltərə, Çili, Mərakeş, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Tunis, ABŞ və Fransa vətəndaşları var.
Bu barədə məlumatlar Fransa rəsmi qurumlarının açıqlamalarında əks olunub.
Xatırladaq ki, Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir.

Teqlər