Noy 20, 2015 19:36 Asia/Baku
  • QAT “Terror qurbanları günü”nün elan olunmasını təklif edir
    QAT “Terror qurbanları günü”nün elan olunmasını təklif edir

Qarabağ Azdlıq Təşkilatı 20 Noyabr-ı “Terror qurbanları günü” elan olunmasını təklif edir.

FaktXəbər-in verdiyi məlumata görə, Qarabağ Azdlıq Təşkilatının sədri Akif Nağı bildirib: “Biz bir neçə dəfə 20 Noyabr tarixinin “Terror qurbanları günü” kimi qeyd olunması təklifi ilə Milli Məclisə müraciət etmişik. Bu gün bir daha yeni seçilmiş parlamentə müraciət edirik ki, bu məsələ ilə bağlı qanun qəbul etsinlər.
QAT sədrinin sözlərinə görə, “Bu, həm onların xatirəsinin əbədiləşdirilməsi, eyni zamanda Ermənistanın terrorçu mahiyyətinin dünyaya nümayiş etdirilməsi üçün vacibdir. Həmçinin hesab edirik ki, erməni terrorunun qurbanı olan bu şəxslərə şəhid statusu verilməlidir.”
1991-ci il noyabrın 20-də Ağdam yaxınlığındakı Qarakənd səmasında “Mi-8” hərbi vertolyotunun ermənilər tərəfindən vurulması ilə Azərbaycanın yüksək vəzifəli dövlət xadimləri həlak oldular. Bu gün həmin faciədən 24 il ötür.

Teqlər