Noy 23, 2015 14:02 Asia/Baku
  • Azərbaycan Qarabağ məsələsi ilə bağlı ABŞ-a xəbərdarlıq etdi
    Azərbaycan Qarabağ məsələsi ilə bağlı ABŞ-a xəbərdarlıq etdi

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Amerikan şirkətləri işğal altında olan Azərbaycan ərazilərində qanunsuz olaraq sərmayə qoymaqdan çəkinməyə çağırıb.

ANS Press-in verdiyi məlumata görə, Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Amerika işguzar görüşündə deyib: Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və indi xarici şirkətləri bu ərazilərdə sərmayə qoymağa dəvət edir.
Bundan öncə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qarabağda fəaliyyət göstərən Amerikan şirkətlərin siyahısını ABŞ-ın Bakıdakı səfiri Robert Sekutaya elan etmişdi.

Teqlər