Bakıda "Kərbəlanın gözəlliyi və əzəməti" konfransı keçirilib
Noy 23, 2015 20:54 Asia/Baku
İmam Hüseyn(ə) ərbəyini ərəfəsində Bakıda bir neçə islami ölkə, o sıradan Azərbaycan Respublikası qadınlarının iştirakı ilə "Kərbəlanın gözəlliyi və əzəməti" konfransı keçirilib.
İran, Türkiyə, Livan və Gürcüstan qadınlarının da iştirak etdikləri bu konfransda iştirakçılar İmam Hüseyn(ə) hərəkatının davam etməsi sahəsində öz həmrəyliklərini elan ediblər.Bu konfransın keçirilməsi üzrə məsul şəxs Səidə Səmədova müsəlman qadınların Həzrət Zeynəb(s.ə)-nın yolunu davam etdirmələri və digər ölkələrin müsəlman qadınlarının məhərrəmdə təbliğ tərzi barədəki baxışlarının araşdırılması haqda fikir mübadiləsini bu konfransın hədəflərindən adlandırıb.
Konfransda çıxış edənlər qadınların Aşura hərəkatının müraciətinin reallaşmasındakı rolu, hicaba diqqət və gənclərin Kərbəla gənclərindən nümunə götürmələri vacibliyi haqda danışıblar.
Bakıda "Nərgiz" qadınlar cəmiyyətinin təşəbbüsü ilə keçirilmiş bu konfransın tayı dörd gün müddətinə Bakının digər məntəqələrində keçiriləcək.