Eldar Mahmudovun həbsinə hazırlıq gedir
Noy 24, 2015 10:56 Asia/Baku
Bəzi mediaların məlumatlarına görə, Azərbaycan Respublikasının keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsinə hazırlıq gedir.
««MTN işi» ilə bağlı istintaq Eldar Mahmudovun həbsinə aparır. Məlumatlara görə, MTN-in keçmiş şefi hazırda tam təcrid olunmuş vəziyyətdədir. Onun bir kimsə ilə ünsiyyət qurmaq imkanı tanınmayıb. Hətta evindəki telefonlardan belə istifadə etmək hüququ yoxdur. Eldar Mahmudovun bu dərəcədə təcrid olunması onun hansısa bilgiləri ictimailəşdirə biləcəyi narahatlığından da irəli gələ bilər».