Nardaranda 6 nəfər ölüb, 14 nəfər saxlanılıb
Noy 26, 2015 17:55 Asia/Baku
-
Nardaranda 6 nəfər ölüb, 14 nəfər saxlanılıb
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Nardaranda baş verənlərlə bağlı birgə məlumat yayıb. Bildiriblər ki, Nardaranda 6 nəfər ölüb, 14 nəfər saxlanılıb.
FaktXəbər-in məlumatına görə, rəsmi açıqlamada deyilir: Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov həbs olunublar.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun bəyanatında iddia olunur: Noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdır.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.