İran və Azərbaycan Respublikası rəsmiləri mədəniyyət və turizm həmkarlıqlarının inkişafını vurğulayıblar
Noy 28, 2015 14:42 Asia/Baku
İranın təhsil nazirinin Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri ilə görüşündə mədəni və turizm həmkarlıqlarının inkişafı vurğulanıb.
İranın Azərbaycan Respublikasındakı səfirinin iştirakı ilə keçirilən bu görüşdə Fani iki ölkənin mədəni və dini ortaqlıqlarına toxunaraq, həmkarlıqların inkişafını vurğulayıb və belə deyib: Bu ortaqlıqlardan əlaqələrimizin dərinləşməsində və anlaşmanın yaradılmasında istifadə etməliyik.İranın təhsil naziri gənclərin məlumatlandırılmaları və onlara təlimin verilməsi yolu ilə terrorizm və təkfirçilərlə mübarizəni təsirli adlandırıb.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bu görüşdə İranda Azərbaycan Respublikasının, Azərbaycan Respublikasında da İranın mədəniyyət həftələrinin keçirilməsinə işarə edib və bu həftələrin keçirilməsini iki tərəfin dostluğunda və mədəni əlaqələrinin genişlənməsində təsirli adlandırıb.
Qarayev yaxın gələcəkdə Azərbaycan Respublikasında İSESKO(ISESCO)-nun regional ofisinin açılacağına toxunaraq, deyib ki, bu ofisin açılmasından öncə təcrübə kəsb etmək üçün Azərbaycan Respublikasından İrana bir heyət göndəriləcək.