Nardaranda həbs olunanlardan xəbər var
Noy 30, 2015 15:50 Asia/Baku
Nardaranda həbs olunan tanınmış ilahiyyatçı Tale Bağırov və onunla həbs edilən 13 nəfər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zindanında saxlanılır.
Noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Tale Bağırov və digər 13 nəfərin saxlanıldığı yer bu günədək bəlli deyildi.Trend-in əldə etdiyi məlumata görə, həbs olunan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Saxlanılan şəxslər vəkillərlə təmin olunsalar da, hələlik vəkillərin müvəkkilləri ilə görüşmədikləri bildirilir.
Xatırladaq ki, noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində 14 nəfər saxlanılıb. Əməliyyat zamanı 2 polis və 5 dinc sakin öldürülüb.
Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 8 ağır maddəsi ilə ittiham irəli sürülüb.