Azərbaycan Respublikası xalqı İmam Hüseyn (ə) ərbəinində əzadarlıq edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i200313-azərbaycan_respublikası_xalqı_İmam_hüseyn_(ə)_ərbəinində_əzadarlıq_edir
Şəhidlər sərvəri Həzrət İmam Hüseyn (ə) və vəfalı silahdaşlarının ərbəin əzadarlıq mərasimləri Azərbaycan Respublikasının məscidlər və müqəddəs məkanlarında keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2015 12:09 Asia/Baku
  • Azərbaycan Respublikası xalqı İmam Hüseyn (ə) ərbəinində əzadarlıq edir
    Azərbaycan Respublikası xalqı İmam Hüseyn (ə) ərbəinində əzadarlıq edir

Şəhidlər sərvəri Həzrət İmam Hüseyn (ə) və vəfalı silahdaşlarının ərbəin əzadarlıq mərasimləri Azərbaycan Respublikasının məscidlər və müqəddəs məkanlarında keçirilir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Azərbaycan Respublikasının dindar əhalisi müxtəlif şəhərlərdə məscidlər və hüseyniyyələrdə əzadarlıq edərək Kərbəla səhrasının sönməz günəşi İmam Hüseynə (ə) öz mənəvi sevgilərini bəyan edir.
Elə bununla əlaqədar Bakı əhalisinin iştirakı ilə iranlıların hüseyniyyəsində möhtəşəm mərasim keçirilib.
Bu mərasimdə əzadarlar İmam Hüseynin (ə) şəhadətinin 40-cı gününün ildönümü günündə sinə vuraraq və mərsiyyə oxuyaraq göz yaşı axıdıb və mövlalarının yüksək amallarına vəfadarlıqlarını elan ediblər.