Jurnalist İlkin Məmmədli 22 sutka azadlıqdan məhrum edildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i200354-jurnalist_İlkin_məmmədli_22_sutka_azadlıqdan_məhrum_edildi
Azadxeber.az saytının jurnalisti İlkin Məmmədli 22 sutka azadlıqdan məhrum edilib. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. Jurnalist xuliqanlıqda təqsirləndirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2015 08:27 Asia/Baku
  • Jurnalist İlkin Məmmədli 22 sutka azadlıqdan məhrum edildi
    Jurnalist İlkin Məmmədli 22 sutka azadlıqdan məhrum edildi

Azadxeber.az saytının jurnalisti İlkin Məmmədli 22 sutka azadlıqdan məhrum edilib. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. Jurnalist xuliqanlıqda təqsirləndirilir.

Dekabrın 1-də gecə saatlarında İlkin Məmmədli yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən naməlum şəxslər tərəfindən aparılıb. Yaxınlarının verdikləri məlumata görə, jurnalist bazarlıq edib evə gəlirmiş: "Mağazaya düşdü, gözlədik, gəlmədi. Aldığı ərzaqlar həyətin ortasında idi. Öyrəndik ki, həyətdə zorla maşına mindirilərək aparılıb. Kimin hara apardığını bilmirik. Güman edirik ki, polislər aparıblar".