QMİ və Dini Komitə nəzarətlərini daha da gücləndirirlər
Dek 03, 2015 21:17 Asia/Baku
“Azərbaycandakı məscidlərdə veb-kameralar quraşdırılacaq, təhlükəsizlik tədbirləri gücləndiriləcək”. APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, Lənkəran rayonunda, habelə bir çox rayonlarda fəaliyyət göstərən məscidlərin axundlarına dırnaqarası radikal qruplar tərəfindən təzyiqlər edilib və nəticədə axundlar zəiflik göstərərək minbəri radikal qruplara verib.Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də deyib: “Nardaranda baş verənlər dövlət çevrilişinə cəhd və terrordur”.
O qeyd edib ki, Azərbaycanda dövlət din üçün hər cür şərait yaradıb: Naradan məsələsi bir neçə gündür, güc yolu ilə həll olunur. Bu, düzgün qərardır. Bu məsələnin həllində biz aciz qaldıq”.