Dek 09, 2015 20:00 Asia/Baku
  • Vicdan məhbuslarının şücaətli müdafiəçisi azadlığa buraxılıb
    Vicdan məhbuslarının şücaətli müdafiəçisi azadlığa buraxılıb

Azərbaycan Respublikası iqtidarının məşhur tənqidçilərindən və siyasi və vicdan məhbuslarının hüquqlarını müdafiə edən Leyla Yunus və həyat yoldaşı Arif Yunus ev dustağı şərti ilə azadlığa buraxılıblar.

APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası dəyişdirilib. 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab olunub. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə Leyla və Arif Yunusların övladı Dinara Yunusa məxsus evin müsadirə olunması barədə qərarı da ləğv edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi dövlətə xəyanət və bu kimi ağır ittihamlarla Leyla Yunusu 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum etmişdi.

Hüquçuların həbsi ölkə daxili və xaricində müxtəlif siyasi-ictimai təşkilatların ağır etirazı ilə üzləşmişdir.

Teqlər