Dek 11, 2015 12:59 Asia/Baku
  • İtkin düşən neftçiləri təyyarə də axtarır
    İtkin düşən neftçiləri təyyarə də axtarır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir.

"Azneft" İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, bu gün axtarışların miqyası daha da genişləndirilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi, 4 helikopteri və bir "B-200ÇS” təyyarəsi axtarışa cəlb olunub.

Bundan əlavə, FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

Axtarışlara, həmçinin SOCAR-ın sifarişi ilə AZAL-ın 2 helikopteri cəlb olunub. Helikopterlərdən biri "Neft daşları" ərazisində, digəri isə "Günəşli" ərazisində axtarışlar aparır.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinə aid 2 gəmi və 2 helikopter də axtarışa qoşulub.

"Günəşli" yatağının 10 saylı dərin dəniz özülündəki 4 qaz quyusundakı yanğın davam edir. Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur.

Teqlər