Nardaranda növbəti basqı: daha 5 nəfər saxlanıldı
Bakının Nardaran qəsəbəsində daha bir polis basqınına məruz qalıb, 5 nəfər saxlanılıb.
Bakı mətbuatı xəbər verir ki, Noyabrın 26-dan Nardaranda güclü polis nəzarəti olsa da, bu gün səhər saatlarında Daxili İşlər nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat keçirib, qəsəbə ərazisindən silah-sursat, narkotik maddələr aşkar etdiklərini iddia ediblər.
Hazırda basqı qrupu Nardaran qəsəbəsindədir və saxlanılan 5 nəfər şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
Nardaran sakini Məşədi Natiq Kərimov isə Trend-ə bildirib ki, qəsəbədə əməliyyat dünən axşam saatlarından başlanıb və bir neçə nəfər saxlanılıb.
Nardaran qəsəbəsində əməliyyat noyabrın 26-da başlanıb. Basqı zamanı "Müsəlman Birliyi Hərəkat"-nın 14 üzvü saxlanılıb. Hadisə nəticəsində ikisi polis olmaqla 7 nəfər həlak olub.
Həmin əməliyyatdan sonra Nardaranda güclü nəzarət və qorxu rejimi hökm sürür, məscid və hüseyniyyələr bağlanıb və işıq və enerjinin verilməsinə məhdudiyyətlə tətbiq olunub.