Allahşükür Paşazadə: “Əhli-Beyt(ə) adından istifadə edib, təxribatlar törədirlər”
Dek 24, 2015 12:01 Asia/Baku
“Bu gün Suriyada faktiki olaraq qardaş qırğını gedir. Kim nə edirsə, sonda qırılan müsəlmanlar olur”.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İslam Peyğəmbəri- Həzrət Muhəmməd (s.ə.s)-in mövludu ilə bağlı keçirilən tədbirdə deyib.
O qeyd edib ki, İraqda, Əfqanıstanda və digər ölkələrdə müsəlmanlar kütləvi şəkildə ölürlər: “Bu, məni üzür. Son vaxtlar Əhli-Beyt(ə) adından da istifadə edib, qırğınlar, təxribatlar törədirlər. Əlbəttə, biz Əhli-Beyt(ə) deyəndə, fərq qoymuruq. Bütün müsəlmanlar elə Əhli-Beyt(ə) aşiqidirlər. Bizim üçün əsas, insan amilidir. Biz tezliklə sülhün bərqərar olmasını istəyirik. Qırğınlara son verilməsi lazımdır. Bu qırğınları lənətləyirik”.