Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən Ermənistanın çıxması vurğulanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i201341-azərbaycan_respublikasının_işğal_olunmuş_ərazilərindən_ermənistanın_çıxması_vurğulanıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bildirib: Erməni qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaları Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2015 10:20 Asia/Baku
  • Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən Ermənistanın çıxması vurğulanıb
    Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən Ermənistanın çıxması vurğulanıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bildirib: Erməni qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaları Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirəcək.

Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib: Atəşkəsin bərqərar olunması Qarabağ münaqişəsinin həlli üçün münasib şərait yaradır.

Hacıyev əlavə edib: Böhranın bitdiyini deyənlər çox yanlışlıq edirlər. Çünki bu münaqişə erməni qüvvələrin işğal olunmuş ərazilərdən çıxacağı zamana qədər davam edəcək.

Hacıyev bildirib: Ermənistan iki ölkə prezidentlərinin görüşündən sonra hələ də təhrikedici hərəkətlərini davam etdirir və bu məsələ nigaranedicidir.