11 ildən çox iş alan islamçının oğlu da həbs edildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i201841-11_ildən_çox_iş_alan_islamçının_oğlu_da_həbs_edildi
2011-ci ildə 11 il 6 ay həbs cəzasına məhkum olunan İslam Partiyasının Astara rayon üzvü Ruhullah Axundzadənin oğlu da həbs olundu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2015 09:11 Asia/Baku
  • 11 ildən çox iş alan islamçının oğlu da həbs edildi
    11 ildən çox iş alan islamçının oğlu da həbs edildi

2011-ci ildə 11 il 6 ay həbs cəzasına məhkum olunan İslam Partiyasının Astara rayon üzvü Ruhullah Axundzadənin oğlu da həbs olundu.

Faktxeber.com-un verdiyi məlumata görə, Məhəmmədəli Axundzadə Astara rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Artıq onun barəsində 3 ay qətiimkan tədbiri seçilib.

Məhəmmədəli Axundzadə barəsində (Qanunsuz olaraq narkotik vasitələri, hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi başlanıb.

Məhəmmədəli Axundzadənin atası hicabı müdafiə etdiyinə görə həbs olunmuşdu.