Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i201846-rauf_mirqədirov_6_il_müddətinə_azadlıqdan_məhrum_edildi
Azərbaycan hökumətinin tənqidçi jurnalistlərindən olan Rauf Mirqədirova hökm oxunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2015 09:12 Asia/Baku
  • Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edildi
    Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edildi

Azərbaycan hökumətinin tənqidçi jurnalistlərindən olan Rauf Mirqədirova hökm oxunub.

Hökmə əsasən, R. Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.

R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.