Nardaran hadisələrindən sonra həbs olunan 12 nəfər azadlığa buraxıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i203085-nardaran_hadisələrindən_sonra_həbs_olunan_12_nəfər_azadlığa_buraxıldı
Nardaran hadisələrindən sonra inzibati qaydada həbs olunan 12 nəfər azadlığa buraxılıb. Bu barədə Trend-ə Nardaran sakini Natiq Kərimov məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2016 11:05 Asia/Baku
  • Nardaran hadisələrindən sonra həbs olunan 12 nəfər azadlığa buraxıldı
    Nardaran hadisələrindən sonra həbs olunan 12 nəfər azadlığa buraxıldı

Nardaran hadisələrindən sonra inzibati qaydada həbs olunan 12 nəfər azadlığa buraxılıb. Bu barədə Trend-ə Nardaran sakini Natiq Kərimov məlumat verib.

Onun sözlərinə görə, azadlığa buraxılanlar arasında tanınmış ilahiyatçı Ataməli Nur da var. Həmin şəxslər Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində 15 və 30 sutkalıq inzibati qaydada həbs olunan Nardaran sakinləridir. Saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatdığı üçün azadlığa buraxılıblar.

N.Kərimov bildirib ki, ümumilikdə son günlərdə Nardaran hadisələri ilə bağlı inzibati həbs edilənlərdən 57 nəfər azadlığa buraxılıb.