Bakıda NATO-Azərbaycan Məktəbinin qış sessiyası keçirilir
Bakıda NATO-Azərbaycan Məktəbinin (NİSA) qış sessiyası keçirilir.
APA-nın məlumatına görə, sessiyanın mövzusu kibertəhlükəsizlikdir.
Tədbirin açılışında çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik Departamentinin rəhbəri Qaya Məmmədov Azərbaycan NİSA-ya dəstək verdiyini bildirib. O deyib ki, Azərbaycan sülh naminə əməkdaşlıqda böyük rol oynayır: “Bu gün kibertəhlükəsizlik dünyada ən əhəmiyyət kəsb edən sahələrdən biridir. Azərbaycan da bu sahəyə böyük əhəmiyyət verir”.
Tədbirdə 6 gün ərzində müxtəlif ölkələrdən ekspertlər, beynəlxalq institutların mütəxəssisləri çıxış edəcək. Əsas diqqət kibertəhlükəsizlik, kibercinayətlərlə bağlı cəzaların sərtləşdirilməsi və digər qanunsuz fəaliyyətlərə ayrılacaq.
Tədbir yanvarın 15-nə qədər davam edəcək.