Yan 12, 2016 13:54 Asia/Baku
  • Azərbaycan Respublikasında bahalığa etiraz istiqamətində hökumətə qarşı aksiya
    Azərbaycan Respublikasında bahalığa etiraz istiqamətində hökumətə qarşı aksiya

Azərbaycan Respublikasının Ucar şəhərində yüzlərlə etirazçı qida maddələrinin qiymətlərinin artmasına və inflyasiyaya etiraz edib.

Müsavat saytının məlumatına görə, Ucar şəhərinin əhalisi rəsmi Bakının iqtisadi islahatlarına, eləcə də qida maddələrinin qiymətlərinin artmasına və inflyasiyaya qarşı şüar verib, şəhərin mərkəzi bazarına toplaşaraq, daha artıq əmək haqqı və iqtisadi durumun yaxşılaşdırılmasını istəyib.

Azərbaycan Respublikasında qiymət bahalığı dalğası xalqı iqtisadi problemlərlə üzləşdirib və bu ölkənin iqtisadi cəhətdən məhrum təbəqəsi və iş müqabilində maaş alanların problemlərini ikiqat artırıbdır.

Qeyd edək ki, neftin qiymətinin kəskin surətdə tənəzzülü və Azərbaycan Respublikasının milli pulunun dəyərdən düşməsi bu ölkə iqtisadiyyatını pis vəziyyətə salıbdır.

Teqlər