Nardaranda evlərin dağıdılmasının kompensasiyasının ödənilməməsinə etiraz
Bakının Nardaran qəsəbəsinin sakinləri öz evlərinin dağdılması və onun kompensasiyasının hökumət tərəfindən ödənilməməsinə etiraz ediblər.
Müsavat saytının məlumatına görə, Nardaran qəsəbəsinin sakinləri Bakı meriyasına məktubda öz mənzillərinə dəymiş xəsarətlərin kompensasiyasının ödənilməməsinə etiraz ediblər.
Nardaran qəsəbəsi sakinlərinin dediklərinə görə, Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələrinin bu qəsəbəyə basqınından sonra bəzi küçə və mənzillər ciddi xəsarətlər alıblar.
Azərbaycan Respublikası hökuməti bu qəsəbədə yolsalma layihəsi bəhanəsilə keçirilmiş 26 noyabr basqınından sonra bəzi evləri kompensasiyanın ödənilməsi şərtilə uçurubdur ki, hazırda kompensasiya məbləğini ödəməkdən çəkinir.
Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələrinin Nardaran məscidinə qarşı hücumunda onlarla dindar, o sıradan Müsəlmanlar Birliyi Hərəkatının sədri Taleh Bağırzadə həbs olundu.
Bu hadisədə dindarlardan beşi öldürüldü, onlarla nəfər də yaralandı.