Yan 12, 2016 16:30 Asia/Baku
  • Natiq Kərimov hazırda dövlət təhlükəsizlik xidmətinin təcridxanasında saxlanır
    Natiq Kərimov hazırda dövlət təhlükəsizlik xidmətinin təcridxanasında saxlanır

Yeni Müsavat qəzeti Azərbaycan Respublikası Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluna istinadla Hacı Natiq Kərimovun həbs olunması haqda bildirib ki, Azərbaycan Respublikası hökuməti bir dəlil olmadan bir kəsi casusluq ittihamı ilə həbs edə bilməz.

Zira casusluq ittihamı ilə həbs olunan şəxsdən çox ittiham edilən tərəf də bu məsələyə reaksiya verməlidir. Yəni İran da ya bu məsələni təkzib etməli, yaxud da qanuni yollarla həll etməlidir.

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimovun həbsi barədə deyib: Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimovun həbsini ölkəmiz üçün zərərli bilirəm.

O, əlavə edib: Natiq Kərimovu dindar və vətənpərəst bir şəxs kimi tanıyıram və onun milli xəyanət ittihamı ilə həbs olunması inandırıcı deyil.

Teqlər