Yan 14, 2016 12:25 Asia/Baku
  • Almaniya xarici işlər naziri Qarabağ münaqişəsinin həllini vurğulayıb
    Almaniya xarici işlər naziri Qarabağ münaqişəsinin həllini vurğulayıb

Almaniya xarici işlər naziri rəhbərliyi dövründə Qarabağ münaqişəsinin həllində aktiv iştirak edəcəyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının İTAR-TASS-a istinadla verdiyi məlumata görə, Frank Valter Ştaynmayer çərşənbə günü Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına dövri sədrliyin Belqraddan Berlinə keçməsi münasibəti ilə verdiyi bəyanatda bildirib: Almaniyanın bu təşkilata rəhbərliyi dövründə Azərbaycan Respublikası və Ermənistan arasında münaqişənin həlli məsələsi maksimum şəkildə aktivləşəcək.

Almaniya xarici işlər naziri həmçinin Azərbaycan Respublikası və Ermənistan arasında əlaqələrin normallaşdırılmasının tərəflər arasında etimadın yaradılmasına ehtiyacın olduğunu bildirərək əlavə edib: Qarabağ münaqişəsi bu ölkələrin ərazi bütövlüyü və hakimiyyətinə tam hörmətlə həll olunmalıdır.

2016-cı ildə ATƏT-in dövri sədri Almaniya olacaqdır.

Teqlər