Siyəzəndəki aksiyaya görə cinayət işi açıldı: 55 nəfər saxlanılıb
Yan 14, 2016 17:35 Asia/Baku
-
Siyəzəndəki aksiyaya görə cinayət işi açıldı: 55 nəfər saxlanılıb
2016-cı il 12-13 yanvar tarixlərində Siyəzən rayonunun bir qrup sakini tərəfindən şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil edilib.
FaktXəbər-in məlumatına görə, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, ictimai qaydanı kobud surətdə pozan aksiya iştirakçılardan hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılıb.
Siyəzəndə dekabrın 12-də bahalaşma əleyhinə başlayan etirazlar, 13 yanvar da davam edib. İnsanlar gecəni də İcra Hakimiyyetinin qarşısında keçirib.