Cəlilabad və Astara sakinləri də ayağa qalxdı
Yan 19, 2016 17:01 Asia/Baku
-
Cəlilabad və Astara sakinləri də ayağa qalxdı
Azərbaycanın regionlarda sosial tələblərlə etirazlar davam edirş
Cəlilabad rayon sakinləri yanvarın 18-də etiraz aksiyası keçirib. Sakinlər rayon mərkəzində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad şöbəsinin qarşısına toplaşıb. Onlar işsizliyə, bahalığa və sosial yardımların verilməsində baş verən rüşvətxorluğa etiraz edirlər.
Astara rayonunda etiraz aksiyası keçirilib. Rayonun Şahağacı kəndində sakinlər ikinci Astara-Bakı yolunu tutmağa cəhd ediblər.
Aksiya iştirakçıları deyirlər ki, onların adına xəbərləri olmadan banklardan kredit götürülüb. Şahağacı və ətraf kəndlərindən bununla bağlı minə yaxın şikayətçi var.